Luvr işi I Daha beş nəfər həbs edilib

   Luvr işi I   Daha beş nəfər həbs edilib
  30 Oktyabr 2025    Oxunub:544
Fransa polisi Luvr muzeyində qarət işi ilə bağlı beş yeni şübhəlini saxlayıb.
Bu barədə RTL radiosu hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Saxlanılan şəxslərin oğurluqda mümkün rolu və onların cinayətdə birbaşa iştirakda ittiham olunan iki şübhəli ilə əlaqəsi barədə məlumat verilmir. Fransa polisi oktyabrın 25-də iki şübhəlini saxlayıb. Dindirmə zamanı onlar qarətdə iştiraklarını “qismən etiraf ediblər”.

Xatırladaq ki, oktyabrın 19-da qarətçilər Luvr muzeyinə soxularaq fransız krallarına və imperatriçalarına məxsus tarixi zinət əşyalarını oğurlayıblar. Oğurluqdan dəymiş ziyan 88 milyon avro dəyərində qiymətləndirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti