Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbərinə töhmət verilib

   Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbərinə töhmət verilib
  30 Oktyabr 2025    Oxunub:856
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri vəzifəsindən azad oluna bilər.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

Vurğulanıb ki, müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.

Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.

Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri Fəqan Məlikova işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti