“Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti hüquqi-maarifləndirici tədbir Gədəbəydə keçirilib

   “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti hüquqi-maarifləndirici tədbir Gədəbəydə keçirilib
  30 Oktyabr 2025    Oxunub:875
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində Gədəbəy şəhəri 1 saylı tam orta məktəbdə rayon polis şöbəsinin əməkdaşlarının, müəllimlərin və şagirdlərin iştirakı ilə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov uşaq hüquqlarının müdafiəsinin Müvəkkilin daim diqqət mərkəzində olduğunu bildirib, bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti, eləcə də Ombudsmanın “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verib.

Eyni zamanda, iştirakçılar BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sı, “Uşaq hüquqları haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunların müddəaları barədə məlumatlandırılıb, uşaqların fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən zərərli informasiyalardan qorunmalarının əhəmiyyəti diqqətə çatdırılıb, şagirdlərin sualları cavablandırılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti