Britaniyada helikopter qəzası nəticəsində ölən və yaralananlar var
Məlumata görə, qəzaya uğrayan helikopter “Robinson R44 Raven II” modeli olub və "Kuki Helicopters" adlı yerli uçuş məktəbinə məxsusdur.
“70 yaşlı kişi hadisə nəticəsində ağır xəsarətlər alıb və həkimlərin səylərinə baxmayaraq, hadisə yerində dünyasını dəyişib. 41 yaşlı pilot, eləcə də digər iki sərnişin – 58 yaşlı qadın və 10 yaşlı oğlan yüngül xəsarətlər alıblar”, - məlumatda deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


