Klinik Uroloji Xəstəxanaya yeni direktor və baş həkim təyin olunub

Klinik Uroloji Xəstəxanaya yeni direktor və baş həkim təyin olunub
  31 Oktyabr 2025    Oxunub:1162
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub.

V.Qurbanov bu gün yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, P.Hacıyev ixtisasca uroloqdur və bu təyinatadək özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb. O, 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.

E.Mustafayev də ixtisasca uroloqdur və bu təyinatadək eyniadlı tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib. O, 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb.


AzVision.az


Teqlər:



Xəbər lenti