FHN: “Dənizdə qayalıq ərazidə balıqçılar xilas edilib”

   FHN:    “Dənizdə qayalıq ərazidə balıqçılar xilas edilib”
  01 Noyabr 2025    Oxunub:1090
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az FHN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, hadisə yerinə dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.

AzVision.az


Teqlər: FHN   balıqçılar   xilas  



Xəbər lenti