Qəzetin yazdığına görtə, mübahisəli “təzminat krediti”nin avropalı tərəfdarları BVF-nin Ukraynaya davamlı dəstəyinin çox vacib olduğunu və qurumu Kiyevə yeni yardım göstərməyə inandırmaq üçün vaxtın tükəndiyini iddia edirlər.
“Fond növbəti üç il ərzində Ukraynaya 8 milyard dollar kredit ayırmaq imkanını nəzərdən keçirir. Lakin BVF-dən maliyyə dəstəyi almaq ümidləri Aİ-nin əksəriyyəti Belçikada dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə “təzminat krediti” barədə razılaşa bilməsindən asılıdır”, - nəşr vurğulayır.
|
| Brüssel öz qırmızı xəttlərini çəkib |
Bununla belə, keçən ay Belçika Aİ liderlərinin maliyyə və hüquqi məsələlərlə bağlı iclasında “təzminat krediti”nə qarşı çıxıb. İndi Aİ ölkələrinin dekabrda baş tutacağı ehtimal edilən BVF-nin mühüm iclasından əvvəl mövqe barədə razılığa gəlməyə sadəcə vaxtları qalmaya bilər.
- BVF-nin Kiyevə yardımının məbləği azdır, lakin onun ayrılması faktı ölkənin maliyyə sabitliyini təsdiqləməlidir. Bu, Ukraynanın dövlət idarəçiliyinin nə qədər səmərəli həyata keçirildiyini nümayiş etdirəcək”, - qəzet vurğulayır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


