HƏMAS tərksilaha hazırdır
“Qəzza danışıqlarında əsas vasitəçi Bişara Bahbah bildirib ki, onunla bir sıra danışıqlar aparan HƏMAS hərəkatı ağır silahların yerə qoyulmasına açıq və buna hazır olduğunu bildirib”, - bəyanatda deyilir.
Bişar Bahbah 2024-cü ilin prezidentlik kampaniyası zamanı ABŞ prezidenti Donald Trampı dəstəkləyən bir qrup ərəb əsilli amerikalıya rəhbərlik edib.
“CNN” telekanalının mənbələrinin məlumatına görə, Bahbah əvvəllər HƏMAS ilə qeyri-rəsmi əlaqə kanalı yaradıb və bu, ABŞ-yə İsrail əsgəri və Amerika vətəndaşı İdan Aleksandrın Qəzza zolağından azad olunmasını təmin etməyə imkan verib. Daha sonra o, amerikalılarla danışıqlar aparıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


