Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib - FOTOLAR
Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini icmanın kitablarla təmin edilməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


