SHXÇDX rəisi Mingəçevirdə vətəndaşlarla görüşəcək

SHXÇDX rəisi Mingəçevirdə vətəndaşlarla görüşəcək
  04 Noyabr 2025    Oxunub:761
14 noyabr 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AzVision.az -a verilən məlumata əsasən, qəbula yazılmaq istəyən vətəndaşların 11 noyabr 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

AzVision.az


Teqlər: SHXÇDX  



Xəbər lenti