Rusiya Brejnev dövrünün “rekord”unu təzələyib

 Rusiya Brejnev dövrünün “rekord”unu təzələyib
  04 Noyabr 2025    Oxunub:764
Rusiyadan Avropaya boru kəməri qazı ixracı son 50 ilin ən aşağı səviyyəsinə düşüb.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Rusiya SSRİ-nin lideri Leonid Brejnev dövründən bəri boru kəmərləri ilə Avropaya belə kiçik həcmdə qaz ixrac etməyib.

2025-ci ilin ilk on ayında Rusiyanın “Qazprom” şirkəti avropalı müştərilərə cəmi 14,7 milyard kubmetr qaz tədarük edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45% azdır.

“Belə aşağı hacmdə ixrac həcmləri SSRİ-nin Avropaya ilk dəfə təbii qaz tədarük etməyə başladığı 1970-ci illərin əvvəllərindəki rəqəmlərlə müqayisə oluna bilər. 1975-ci ildə Avropa ölkələrinə 19,3 milyard kubmetr qaz ixrac olunmuşdu. 1980-ci ildə isə “boruların müqabilində qaz” müqaviləsi həyata keçirildikdən və Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra tədarük 54,8 milyard kubmetrə qədər artmışdı”, - ekspertlər vurğulayırlar.

Xatırladaq ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən əvvəl boru kəməri ilə Rusiyanın Avropaya qaz ixracı ildə təxminən 200 milyard kubmetrə çatırdı, lakin o vaxtdan bəri bu rəqəm 12 dəfədən çox azalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:



Xəbər lenti