İrəvanda tanınmış bloger qətlə yetirilib

İrəvanda tanınmış bloger qətlə yetirilib
  04 Noyabr 2025    Oxunub:1052
İrəvanda bloger və “Vətəndaş müqaviləsi” partiyasının ərazi təşkilatının üzvü Şmavon Atoyan öldürülüb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, oktyabrın 25-də yerli vaxtla saat 00:35 radələrində Ermənistan Daxili İşlər nazirliyinə Davtaşen, 3-cü kvartal, 11 ünvanında atışma və zərərçəkən barədə məlumat daxil olub.

“Polis gələnə qədər Davtaşen Polis şöbəsinin xəstəxanasından zərərçəkənin qarın nahiyəsindən güllə yarası və ürək tutması ilə Ermənistan Tibb mərkəzinə aparıldığı məlum olub. O, təxminən saat 02:50 radələrində huşa gəlmədən reanimasiya şöbəsində dünyasını dəyişib. Polis onun Şmavon Atoyan olduğunu müəyyən edib”, - xəbərdə deyilir.

Atoyan hökumətyönlü nəşrləri ilə tanınan bloger və “Vətəndaş müqaviləsi” partiyasının Davtaşen regional bölməsinin üzvü idi.

İstintaq zamanı İrəvanın Kriminal polisi şübhəli bilinən Ermənistan paytaxtının 30 yaşlı sakinini saxlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   bloger   qətl  



Xəbər lenti