İngilis dili kursu adı ilə dələduzluq edən şəxs saxlanılıb | VİDEO

İngilis dili kursu adı ilə dələduzluq edən şəxs saxlanılıb |    VİDEO
  04 Noyabr 2025    Oxunub:584
Sosial şəbəkədə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, o, təsisçisi olduğu "iamzerv academy"nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini onun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

Azər İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti