Paşinyan: “Aİ-nin müşahidə missiyası hələ qalacaq”

      Paşinyan:    “Aİ-nin müşahidə missiyası hələ qalacaq”
  04 Noyabr 2025    Oxunub:1660
Ermənistanla Azərbaycan arasında münasibətləri quran sənəd imzalanana qədər Avropa İttifaqının (Aİ) monitorinq missiyasının fəaliyyətində heç bir dəyişiklik olmayacaq.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə bəyanatla çıxış edib.

“Ən azı sülh sazişi imzalanana və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər qurulana qədər Aİ-nin monitorinq qrupunun fəaliyyətində əsaslı dəyişiklik gözlənilmir. Müqavilə imzalandıqdan və ratifikasiya edildikdən sonra onun fəaliyyət formatında müəyyən dəyişikliklər, şübhəsiz ki, mümkündür və baş verəcək”, - Paşinyan deyib.

Onun sözlərinə görə, İrəvan bu mövzuda Aİ ilə tərəfdaşlıq müzakirələri aparıb.

Paşinyan: “Azərbaycan-Naxçıvan yolu müzakirə olunur”
Xatırladaq ki, 2023-cü ilin fevral ayından Aİ müşahidəçiləri Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul missiyası həyata keçirir. 2025-ci il yanvarın 30-da Aİ Şurası 44 milyon avro büdcə ilə birliyin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb.

Sənəddə bildirilir ki, missiya beynəlxalq və yerli heyət də daxil olmaqla 200-dən çox şəxsi heyətdən ibarətdir. Missiyanın müşahidəçiləri və mülki ekspertlər Aİ-nin 25 üzv ölkəsini və üçüncü ölkə olan Kanadanı təmsil edirlər.

Yeri gəlmişkən, bu gün Nikol Paşinyan Ermənistanın öz tərəfdarları ilə Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun inşası məsələsini müzakirə etdiyini də bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan     missiya  



Xəbər lenti