Nazir: Gələn il xərclərimizin 88 faizi vergi hesabına formalaşacaq

      Nazir:    Gələn il xərclərimizin 88 faizi vergi hesabına formalaşacaq
  04 Noyabr 2025    Oxunub:1143
Gələn il üçün ilk dəfə olaraq proqnoz göstəricilərində xərclərimizin təxminən 88 faizi vergi gəlirləri hesabına formalaşacaq.
AzVision.az xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, növbəti illərdə bu göstəricinin sürətli şəkildə 100 faizə çatdırılması hədəflənir:

“Biz artıq ilk dəfə olaraq Azərbaycanın qeyri-neft baza kəsirini 19 faizə endirə bilmişik. İndiyədək bu göstərici həmişə 20 faizdən yuxarı olub. 2025-ci ilin proqnozu 22,4 faiz səviyyəsində idi, lakin biz onu 19 faizə qədər azalda bilmişik. Bu, çox müsbət və eyni zamanda çətin, lakin ciddi bir dinamikanı göstərir. Hökumət üçün bu, kifayət qədər böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyub saxlayırıq və orta müddətli çərçivədə 2029-cu ilə qədər baza kəsirinin ÜDM-ə nisbətini 13 faizə endirməyi planlaşdırırıq”, - deyə S. Babayev vurğulayıb.

AzVision.az







Teqlər:



Xəbər lenti