ABŞ-də ərzaq yardımı proqramı dayandırılıb

   ABŞ-də ərzaq yardımı proqramı dayandırılıb
  05 Noyabr 2025    Oxunub:754
Aztəminatlı vətəndaşlara Ərzaq yardımı proqramı (SNAP) üzrə vəsaitlər yalnız hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) başa çatdıqdan sonra ayrılacaq.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Maliyyələşdirmə yalnız demokratlar Senatda hökumətin büdcə üzrə qanun layihəsini dəstəklədikdən sonra bərpa olunacaq”, - Amerika lideri yazıb.

Daha əvvəl ABŞ-nin Kənd Təsərrüfatı nazirliyinə istinad edən “Washington Post (WP)” nəşri Tramp administrasiyasının noyabrda ərzaq yardımı fondlarının yarısını ayıracağını yazmışdı. Bu qərar Rod-Aylend məhkəməsinin Ağ Evdən təxminən 42 milyon amerikalıya ödənişlər verməsini tələb edən qərarından sonra qəbul olunub.

Tramp kömürə qayıdır
Donald Tramp, öz növbəsində, Ağ Evin hazırkı şatdaun zamanı vəsait ayırmaq üçün qanuni səlahiyyətə malik olmadığını, lakin məhkəmə qərarı verilərsə, ona əməl etməyə hazır olduğunu bildirmişdi.

Yeri gəlmişkən, ABŞ-nin Nəqliyyat naziri Şon Daffi “CNBC” telekanalına müsahibəsində şatdaunun hətta ölkənin hava nəqliyyatının dayandırılmasına da səbəb ola biləcəyini deyib.

Xatırladaq ki, ABŞ hökuməti rəsmi olaraq oktyabrın 1-də fəaliyyətini dayandırıb. Bu bağlanma ölkə tarixində ən uzun müddətə ikinci şatdaundur. Donald Trampın ilk prezidentliyi dövründə 2019-cu ilin yanvarında 35 günlük rekord müddətə şatdaun qeydə alınmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   ərzaq   yardım  



Xəbər lenti