İran İraqdakı silahlı qruplaşmalara dəstəyini artırıb

İran İraqdakı silahlı qruplaşmalara dəstəyini artırıb
  05 Noyabr 2025    Oxunub:662
İsraillə birbaşa toqquşma təhlükəsinin artması fonunda Tehran İraqdakı müttəfiq qruplaşmalarının silahlandırılmasını və təlimlərini gücləndirir.
AzVision.az xəbər verir ki, İraqdakı mənbələrə istinad edən “Walla” və “Iran International” nəşrləri belə məlumat yayıblar.

“Hazırlıq SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı dəstəsinin nəzarəti altında aparılır. Döyüşçülər münaqişənin şiddətləndiyi təqdirdə İsrailə qarşı döyüş texnikası üzrə təlim keçirlər. İraq hakimiyyət orqanlarından asılı olmayaraq fəaliyyət göstərən bu qüvvələr Tehrandan gələn əmrləri yerinə yetirir”, - xəbərdə deyilir.

İsrail kəşfiyyatı bu strukturları potensial təhlükə hesab edir. Mediada yayılan məlumatlara görə, İran, əmr veriləcəyi halda, İraqda İsraili vura biləcək infrastruktur qurur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   İraq   qruplaşmalar  



Xəbər lenti