ABŞ: “İran 841 milyon dollar təzminat ödəməlidir”

      ABŞ:    “İran 841 milyon dollar təzminat ödəməlidir”
  05 Noyabr 2025    Oxunub:728
ABŞ-nin federal məhkəməsi İranı İraqda törədilən bir neçə terror aktına görə məsul hesab edərək onun 36 iddiaçıya 841 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarında İran hökumətinin dəstəyi ilə həyata keçirilən hücumlarda bu şəxslərin qohumlarını itirdikləri və ya yaralandıqları bildirilir.

Tramp kömürə qayıdır
“İstər İran hökumətinin, istərsə də onun dəstəklədiyi terrorçu qrupların alçaq hərəkətləri nəticəsində, nə qədər böyük olsa da, qurbanların itirdiklərini heç bir pul əvəz edə bilməz”, - məhkəmənin hökmündə vurğulanır.

Xatırladaq ki, bundan əvəvl bəzi KİV-lər İsraillə birbaşa toqquşma təhlükəsinin artması fonunda Tehranın İraqdakı müttəfiq qruplaşmalarının silahlandırılmasını və təlimlərini gücləndirdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   təzminat  



Xəbər lenti