Fazil Mustafa: "Etnik-dini birliyimiz Qarabağ savaşında da özünü doğrultdu"
"Azərbaycanda isə hər kəs öz inancını sərbəst yaşayır, yaşamağa hüququ vardır. Prezident İlham Əliyev və cəmiyyətimiz də belə bir fəlsəfəyə malikdir. Məhz bu fəlsəfə sayəsində demokratik ölkədə yaşayırıq. Bu məsələ torpaqlarımızı geri qaytardığımız dövrdə də üzə çıxdı. Qarabağ savaşında təkcə müəyyən dinin, yaxud millətin nümayəndələrindən yox, Azərbaycanda yaşayan bir çox xalqın içindən şəhid və qazilər çıxdılar. Elə dərəcədə birləşdik ki, bizi etnik-dini zəmində ayırmaq qeyri-mümkündür", - millət vəkili söyləyib.
O diqqətə çatdırıb ki, keçirilən festival da Azərbaycanın malik olduğu tolerantlığının ən bariz nümunəsidir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


