Balakəndə kafedə xuliqanlıq edən saxlanılıb

Balakəndə kafedə xuliqanlıq edən saxlanılıb
  05 Noyabr 2025    Oxunub:716
Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti