Lukaşenko ukraynalıları Belarusa gəlməyə çağırır

 Lukaşenko ukraynalıları Belarusa gəlməyə çağırır
  06 Noyabr 2025    Oxunub:813
"Ukrayna vətəndaşlarını məmnuniyyətlə qarşılayacağıq".
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko yerli mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ölkəsinin qapıları Ukrayna vətəndaşları üçün açıqdır.

"Ailələrinizə, uşaqlarınıza təhsil və səhiyyə baxımından belaruslularla eyni həyat şəraiti verəcəyik" , – deyən prezident həmçinin bildirib ki, artıq Ukraynadan gəlmiş bir çox məcburi köçkün hazırda Belarusda müxtəlif işlərdə işləyir.

Aleksandr Lukaşenko diqqətə çatdırıb ki, Belarus "ölkələrinə bəla gəlmiş" ukraynalılara dəstək göstərməyə hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Belarus   Ukrayna   dəvət  



Xəbər lenti