Gələn ilin büdcəsində onkologiya ilə bağlı xərclər artırılır

   Gələn ilin büdcəsində onkologiya ilə bağlı xərclər artırılır
  06 Noyabr 2025    Oxunub:772
Növbəti ilin büdcə xərclərində onkologiya ilə bağlı müxtəlif tədbirlər üzrə 118 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2025-ci illə müqayisədə 10 faizlik artım deməkdir.
Bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsi istiqamətində böyük addım atılır:

“Buraya səkkiz müxtəlif istiqamət daxil edilib. Gələcəkdə digər istiqamətlərin də zərfə daxil edilməsini birmənalı olaraq istəyirik. Əlbəttə, təqdim olunan prioritetlərdən, əhatə etdiyi insan sayından, müxtəlif effektivlik göstəricilərindən asılı olaraq hər bir istiqamət müzakirə ediləcək və növbəti dövrlərdə bu məsələlər təmin olunacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti