Belçika PUA-lara qarşı Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq

Belçika PUA-lara qarşı Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq
  06 Noyabr 2025    Oxunub:356
Belçika 2026-cı ilin yanvarın 1-dək pilotsuz uçan aparatlarının (PUA) aşkarlanması, tanınması və məhv edilməsi üçün Milli Hava Məkanı Təhlükəsizlik Mərkəzini işə salacaq.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, qərar Milli Təhlükəsizlik Şurasının hava məkanının pozulmasına dair iclasında qəbul edilib.

Belə ki, ölkənin müdafiə naziri Teo Franken bildirib ki, məqsəd bütün aidiyyəti xidmətləri birləşdirərək hava təhlükəsizliyinə vahid nəzarət təmin etməkdir.

Vurğulanıb ki, mərkəz artıq yaradılıb, lakin hələ fəaliyyətə başlamayıb.

Qeyd edilib ki, son vaxtlar naməlum dronların hava limanları və hərbi bazalar üzərində uçuşları uçuş cədvəllərində ciddi pozuntulara səbəb olub. Məlumata əsasən, yeni mərkəz bu cür halların qarşısını almağa yönələcək.

AzVision.az



Teqlər:



Xəbər lenti