Özbəkistan ABŞ-yə milyardla dollar investisiya qoyur

   Özbəkistan ABŞ-yə milyardla dollar investisiya qoyur
  07 Noyabr 2025    Oxunub:693
ABŞ və Özbəkistan arasında irihəcmli ticarət sazişi imzalanıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" hesabında məlumat verib. O, razılaşmanı "inanılmaz saziş" adlandırıb. Diqqətə çatdırıb ki, saziş çərçivəsində Özbəkistan ABŞ-yə qarşıdakı 3 il ərzində 35 milyard, növbəti 10 ildə isə 100 milyard dollardan çox investisiya qoyacaq.

"Vəsait əsasən ABŞ-də əsas sektorlara: dəyərli mineralların çıxarılması, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika, kimya sənayesi, informasiya texnologiyaları və başqa sahələrə yönəldiləcək", – prezident yazıb.

Donald Tramp həmçinin özbək həmkarına öz minnətdarlığını bildirərək vurğulayıb ki, iki ölkə arasında uzun və səmərəli münasibətlərin formalaşacağına ümidlidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Özbəkistan   saziş   investisiya  



Xəbər lenti