"ASAN xidmət" və "ASAN kommunal" həftəsonu işləməyəcək

   "ASAN xidmət" və "ASAN kommunal" həftəsonu işləməyəcək
  07 Noyabr 2025    Oxunub:681
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-da qeyri-iş günü olacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günü Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olacaq. Noyabrın 10-dan isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti