Ukrayna bayrağı Çexiyada ehtirasları coşdurub | VİDEO

   Ukrayna bayrağı Çexiyada ehtirasları coşdurub    | VİDEO
  07 Noyabr 2025    Oxunub:1316
Çexiyanın Deputatlar Palatasının (parlamentin aşağı palatası) bir neçə fraksiyaları spiker Tomio Okamuranın qanunvericilik binasından Ukrayna bayrağının götürülməsi barədə qərarına cavab verib.
AzVision.az xəbər verir ki, “Evropeyskaya pravda” nəşrinin məlumatına görə, Okamuranın qərarından əvvəl Deputatlar Palatasının binası üzərində yalnız bir Ukrayna bayrağı dalğalanırdısa, ODS partiyasının mühafizəkar deputatları, STAN partiyasının liberalları və “Dəniz quldurları” partiyasının (partiyanın rəsmi adı “Çex Dəniz quldurları” – red.) təmsilçiulərinin sayəsində indi orada 3 Ukrayna bayrağı asılıb.

“Biz Nümayəndələr Palatasının yeni sədri Tomio Okamura tərəfindən atılan ilk addımı dərhal düzəltmək qərarına gəldik. Ukrayna bayrağı yenidən palataya qayıdıb və bizim parlament fraksiyamızın pəncərələrində asılıb”, - ODS bildirib.

STAN partiyasının bəyanatında bildirlir ki, cənab Okamura vəzifəsinin ilk günündə onun bacara biləcəyi yeganə şeyin həmrəylik və Ukraynanı dəstəkləmək üçün cəsarət kimi dəyərlərə laqeyd yanaşmaq olduğunu göstərdi.

- Bizim üçün heç nə dəyişmir - biz bu gün Tomio Okamuranın biabırçı şəkildə çıxardığı bayrağı Deputatlar Palatasının binasına qaytarırıq. Ukraynaya eşq olsun. Qəhrəmanlara eşq olsun”, - Dənzi quldurları partiyası vurğulayıb.



Xatırladaq ki, noyabrın 6-da parlamentin aşağı palatasının sədri seçilən Tomio Okamura qanunvericilik orqanının üzərində dalğalanan Ukrayna bayrağının çıxarılması barədə göstəriş verib.

Sağçı populist SPD partiyasının lideri Okamura uzun müddətdir ki, ölkə ilə həmrəylik simvolu kimi ictimai binalarda Ukrayna bayraqlarının nümayişini tənqid edib.

“Bu, müəyyən bir simvoldur. Mənim göstərişimlə Ukrayna bayrağı Çexiya Deputatlar Palatasının binasından götürüldü və bu, cəmi bir neçə saniyə çəkdi”, - yapon əsilli çexiyalı siyasətçi “iDNES.cz” nəşrinə şərhində deyib


Tomoio Okamura seçkilərdən əvvəl partiyasının koalisiyada iştirakı üçün əsas şərtin bütün ukraynalıların Çexiyada yaşamaq icazələrinə yenidən baxılması olacağını bəyan edib.
Onun fikrincə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ukraynalı qaçqınların axını Çexiyada kirayə evlərin əlçatanlığını pisləşdirib və həkim qəbulu üçün gözləmə müddətini artırıb.

Siaysətçi bildirir ki, ukraynalılar çexlərin işlərini əllərindən alır və onların Rusiyadan qaz təchizatı məsələsinə qarışırlar. Okamura həmçinin hökumət binalarından Ukrayna bayraqlarının dərhal çıxarılmasına çağırıb.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: Çexiya   Ukrayna   bayraq  



Xəbər lenti