Çin ABŞ-ni nüvə arsenalını azaltmağa çağırıb

Çin ABŞ-ni nüvə arsenalını azaltmağa çağırıb
  07 Noyabr 2025    Oxunub:901
ABŞ nüvə arsenalını əhəmiyyətli dərəcədə azaltmalı və tam nüvə tərksilahına nail olmaq üçün şərait yaratmalıdır.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mao Nin keçirdiyi brifinqdə belə deyib.

“Birləşmiş Ştatlar dünyanın ən böyük nüvə silahı potensialına malik ölkəsi kimi nüvə tərksilahına dair xüsusi və prioritet öhdəliklərini sədaqətlə yerinə yetirməli, hərtərəfli və tam nüvə tərksilahına nail olmağa şərait yaratmaq üçün nüvə arsenalını daha əhəmiyyətli dərəcədə azaltmalıdır”, - xanım Mao Nin vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə denuklerizasiya perspektivini müzakirə etdiyini və belə perspektivin mümkünlüyünə ümidli olduğunu bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   çağırış  



Xəbər lenti