Rusiyada terror aktı hazırlayan şəxs tutulub

Rusiyada terror aktı hazırlayan şəxs tutulub
  07 Noyabr 2025    Oxunub:1016
Rusiyanın Moskva vilayətində Daxili İşlər nazirliyi (DİN) və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktı törətmək planının qarşısını alıblar.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətinin Volokolamsk şəhərinin 27 yaşlı sakini elə Moskva vilayətinin Lyubertsı şəhərində bir anbardan digərinə partlayıcı keçirməyə cəhd edərkən saxlanılaraq həbs olunub. Həbs DİN-in “E” Mərkəzi və FTX əməkdaşları tərəfindən həyata keçirilib.

“Saxlanılan şəxs mesajlaşma proqramında naməlum şəxslərlə əlaqə saxlayıb və Ukrayna kəşfiyyat orqanlarına köməklik göstərməyə hazır olduğunu bildirib. Sonra o, kuratorun göstərişi ilə Lyubertsıdakı qaraj kooperativinə gedib və orada gizləndiyi yerdən içərisində partlayıcı maddə olan paketi götürüb. O, daha sonra paketi Moskvanın İzmailovski parkında yerləşən başqa yerdə gizlətməli idi”, - Rusiya DİN-in mətbuat xidmətinin rəhbəri İrina Volk bildirib.

Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 30-cu (cinayətə hazırlıq) və 205-ci (terror aktı) maddələri üzrə araşdırılır. Cinayət iş DİN-nin Lyubertsı İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən açılıb. Polis cinayətin ortaqlarını axtarır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   terror   hazırlıq  



Xəbər lenti