Növbəti il büdcənin 57 faizi qeyri-neft gəlirləri hesabına olacaq

   Növbəti il büdcənin 57 faizi qeyri-neft gəlirləri hesabına olacaq
  07 Noyabr 2025    Oxunub:715
Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi, icmal büdcəsinin 63 faizi qeyri-neft gəlirləri hesabına olacaq.
Bunu maliyyə naziri Sahil Babayev noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzən bunu müxtəlif istiqamətlərə yönəldərək vergilərin artırılması ilə tam bağlamağa çalışırlar: "Bu, düzgün yanaşma deyil. Artımın birinci mənbəyi nədən ibarətdir? Qeyri-neft ÜDM-in özünün artımından".

Nazir bildirib ki, gələn il bizim qeyri-neft ÜDM-miz nominal rəqəm olaraq təqribən 10 faiz artacaq: "Real rəqəm olaraq 5 faiz artır, vergi isə nominal rəqəmlərdən tutulur. Yəni birinci növbədə ÜDM-in özü artdığına görə bu gəlirlər artır və ümumiyyətlə, bu tipli məsələlərin müzakirəsində makroiqtisadi olaraq hər zaman verginin ÜDM-də payına baxılır ki, nə dərəcədə vergilər, toplanan yığımlar ÜDM-də yük yaradır".

AzVision.az


Teqlər:



Xəbər lenti