Ayın sonunadək meteor yağışı olacaq
Bu yağışın mənbə cismi Tempel–Tuttle kometidir. Hər 33 ildən bir Yer kometin yeni buraxdığı hissəcik buludunun içindən keçəndə Leonidlər "meteor fırtınası" yarada bilir. Bu zaman saatda minlərlə meteor müşahidə olunur. Leonidlərin meteorları çox sürətli olur – sürətləri təxminən 71 km/saniyədir. Bu, onları göydə ən sürətli meteor yağışlarından birinə çevirir.
Qeyd edilib ki, onların işıq izləri uzunmüddətli olur, bəzən yaşıl, mavi və ağ rəng çalarlarında görünür. Leonidlərin ən möhtəşəm tərəfi isə onların tarixi fırtınalarıdır. 1833-cü ildə müşahidəçilər səmada saatda təxminən 100 000 meteor görmüşdülər. Bu hadisə "meteor yağışı" anlayışını dünyaya tanıdan ən güclü təbiət hadisələrindən biri olub. 2025-ci ildə belə fırtına gözlənilmir, amma Leonidlər öz parlaq və sürətli "ulduz yağışı" ilə hələ də ən sevilən meteor yağışlarından biri olaraq qalır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


