Türkiyə rəqəmsal valyutaya keçidi sürətləndirir

   Türkiyə rəqəmsal valyutaya keçidi sürətləndirir
  07 Noyabr 2025    Oxunub:1005
Türkiyədə "rəqəmsal lirə" layihəsinin icrası üzrə yeni mərhələyə qədəm qoyulur.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, layihənin növbəti mərhələsi çərçivəsində gələn il "rəqəmsal lirə"nn daha da təkmilləşdirilib sınaqdan keçirilməsi, dövriyyəyə buraxılması, həmçinin bu məqsədlə hüquqi zəminin formalaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankının rəhbərliyi və hökumətin digər maliyyə təşkilatlarının iştirakı ilə bir sıra innovativ tədbirlər, texniki analizlər həyata keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   lirə   rəqəmsallaşma  



Xəbər lenti