Azərbaycanda sığorta əhatəliliyinin artırılması müzakirə edilib
Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.
Görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə sığorta sektorunun fəaliyyət nəticələri, üzləşdiyi çağırışlar və ümumilikdə sektorun davamlı inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub.
Görüşdə həmçinin qarşıdakı dövr üçün strateji hədəflər, eləcə də sığorta əhatəliliyinin artırılması və sektorda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


