Şuşada məşğulluq tədbirləri həyata keçirilr

Şuşada məşğulluq tədbirləri həyata keçirilr
  08 Noyabr 2025    Oxunub:1075
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.
AzVision.az ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, onlardan 587 nəfərin məşğulluğu təmin olunub (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.


Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyənləşdirilir.



AzVision.az


Teqlər: Şuşa   məşğulluq  



Xəbər lenti