Türkiyə və Pakistan hərbçiləri Bakıdakı paradda I FOTO

   Türkiyə və Pakistan hərbçiləri Bakıdakı paradda    I FOTO
  08 Noyabr 2025    Oxunub:1161
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbçiləri tribuna önündən keçid ediblər.
AzVision.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən ibarət heyətə polkovnik-leytenant Uğur Alan başçılıq edib.



Bundan başqa, Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Pakistan hərbçiləri də iştirak edib. Pakistan Silahlı Qüvvələrinin parad heyəti mayor Saqib Alanın başçılığı ilə tribuna önünüdən keçib.

Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti