Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
  08 Noyabr 2025    Oxunub:551
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.
AzVision.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

AzVision.az





Teqlər:



Xəbər lenti