ABŞ-də şatdaun səbəbindən 700-dən çox aviareys ləğv edilib

ABŞ-də şatdaun səbəbindən 700-dən çox aviareys ləğv edilib
  08 Noyabr 2025    Oxunub:590
ABŞ-də hökumətin fəaliyyətinin qismən dayandırılması – şatdaun səbəbindən 700-dən çox aviareys ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Bildirilib ki, reyslərin ləğvinə ABŞ Federal Mülki Aviasiya İdarəsinin qərarları səbəb olub. Qurum ölkənin 40 ən böyük hava limanında buraxılış qabiliyyətini məhdudlaşdırmağa davam edir.

Saat 06:00-a (Bakı vaxtı ilə 15:00) olan məlumata görə, ABŞ-də ümumilikdə 754 reys ləğv edilib.

Məlumata əsasən, Amerika hakimiyyəti hökumətin fəaliyyətinin dayandırılması ilə əlaqədar uçuşların sayını məhdudlaşdırmaq qərarına gəlib.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, şatdaunun dayandırılması Demokratlar Partiyasının mövqeyindən asılıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti