Ehtiyat zabit hazırlığı kursunun buraxılış mərasimi keçirilib
Tədbirdə çıxış edən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından "leytenant" hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi leytenant Rahidə Şahverdiyeva tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.
AzVision.az
Teqlər: MN







Vaxtında, Aydın, Lazımlı!


