Naxçıvanda Duz Muzeyi ləğv edilib

Naxçıvanda Duz Muzeyi ləğv edilib
  11 Noyabr 2025    Oxunub:875
Naxçıvanda 2017-ci ildə yaradılmış Duz Muzeyi fəaliyyətini dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, muzey "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb.

"Muzeydəki 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb. Eksponatlar Naxçıvan Dövlət Tarix Muzeyində yaradılacaq guşədə nümayiş etdiriləcək", - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: Naxçıvan   muzey   ləğv  



Xəbər lenti