Avstarliyada mitinqlər ödənişli olacaq?

   Avstarliyada mitinqlər ödənişli olacaq?
  12 Noyabr 2025    Oxunub:816
Avstraliyanın Liberal Partiyas;n;n Yeni Cənubi Uels şöbəsi etiraz təşkilatçılarına ildə 3-ə qədər pulsuz tədbir keçirməyə icazə verən qanun layihəsi hazırlayıb. Sənədə əsasən, hər bir sonrakı tədbir üçün təşkilatçılardan təhlükəsizlik xərclərini polisə ödənilməsi tələb olunacaq.
AzVision.az Avstraliyanın “New South Wales Liberal” nəşrinə istinadən xəbər verir ki, islahat tərəfdarları etirazların, xüsusən də Sidneydə yolların tıxanmasına və nəqliyyat sisteminin pozulmasına, ev təsərrüfatlarına, işçilərə və müəssisələrə zərər vurduğunu qeyd edirlər.

Avstraliyanın baş naziri illik etirazların polisə 5 milyon dollara başa gəldiyini təsdiqləyib. Dəyişikliklərin təşəbbüskarlarının fikrincə, bu vəsaitlər şəhərin fəaliyyətini pozan təkrar etirazlara yox, məktəblər, xəstəxanalar və ailə dəstəyi üçün istifadə olunmalıdır.

“Bundan əlavə, islahat tərəfdarları təklif edirlər ki, məhkəmələr icazələrin verilməsi zamanı vergi ödəyicilərinə çəkilən xərcləri, dəymiş ziyanın səviyyəsini, bir qrup tərəfindən etirazların tezliyini, biznes və işçilərə iqtisadi təsirini, etirazların minimum zərər verəcəyi marşrut və yerləri seçmək imkanlarını nəzərə alır”, - xəbərdə vurğulanır.

Ödənişli nümayişlər təklifi əvvəllər hakim Leyboristlər Partiyası tərəfindən rədd edilmişdi, lakin Avstraliya parlamenti binası qarşısında neonasist piketi ilə bağlı insidentdən sonra qanun layihəsinə baxılması üçün yeni şans yaranıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avstraliya   mitinqlər   ödəniş  



Xəbər lenti