Tramp "BBC"ni məhkəməyə vermək istəyir
Donald Trampın iddiasına görə, telekanal təkzib yayımlamasa, üzr istəyib ona kompensasiya ödəməsə, şirkət qarşısında 1 milyard dollar (759 milyon funt sterlinq) təzminat tələbi qoyacaq. Prezidentin vəkilləri bu məqsədlə keçən bazar günü "BBC"yə müvafiq məktub da göndəriblər. Donald Tramp özü isə məsələ barədə ilk dəfə "Fox News"da danışıb. Telekanalı məhkəməyə verib-verməyəcəyi ilə əlaqədar suala belə cavab verib:
"Bəli, çünki onlar ictimaiyyəti çaşdırıblar, üstəlik, özləri öz səhvlərini boyunlarına da alıblar".
Hazırda ABŞ Prezidentinin vəkillərinin məktubuna əsasən telekanalın cümə gününədək lazımi addımı atması gözlənilir.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ prezident BBC məhkəmə







Vaxtında, Aydın, Lazımlı!


