FT: “Avropalılar bankadakı əqrəbləri xatırladır”

      FT:    “Avropalılar bankadakı əqrəbləri xatırladır”
  12 Noyabr 2025    Oxunub:1173
Kontinental fövqəldövlətlər dövründə ölkələrini güclü və zəngin edən Avropanın parçalanması onların çiçəklənməsi yolunda keçilməz bir maneə ola bilər.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin baş iqtisadi icmalçısı Martin Vulfun fikrincə, Avropa hazırda öz tarixinin paradoksundan əziyyət çəkir: dövlətlərini qüdrətli və zəngin edən parçalanma yeni dünyada onların çiçəklənməsinə maneədir.

“1500 il ərzində Avropa dövlətləri bir-biri ilə rəqabət aparıblar. Avropa tarixi “şüşədəki əqrəblərə” bənzəyir. Sərt mühitdə sağ qalmaq və inkişaf etmək üçün onlar zəhərli iynələrini yaratmalı idilər”, - analitik yazır.

Onun iddiasına görə, avropalılar qoca qitədə yox, dünyanın qalan hissəsində imperiyalar yaratdılar. 2019-cu ildə işıq üzü görən “Romadan qaçış” (Escape from Rome) kitabının müəllifi, tarixçi Valter Şaydelin fikrincə, məhz bu məqam önəmlidir.

Şaydel, rəqabətin nəticədə Sənaye inqilabına səbəb olan kommersiya, intellektual, texnoloji, hüquqi və siyasi dəyişikliklərin arxasındakı hərəkətverici qüvvəyə çevrildiyi Qərbi Avropada “rəqabətli parçalanma” ideyasının tərəfdarıdır. O, Avropa rəqabətini başqa yerlərdəki imperiya durğunluğuna qarşı qoyur.

- 2022-ci ildə Qərbi Avropada adambaşına düşən real ÜDM 200 il əvvəlki ilə müqayisədə 19 dəfə artıb. Orta ömür uzunluğu isə 1820-ci ildəki 36 yaşdan 2020-ci ildə 82 yaşa yüksəlib. İnqilab Avropadan bütün dünyaya yayıldı. 19-cu əsrin ikinci yarısından etibarən ABŞ dünyanın aparıcı iqtisadiyyatına çevrildi. Son zamanlar Çinin rifahı kəskin şəkildə yüksəlib. Dünya dəyişərək daha da zənginləşdi”, - Martin Vulf qeyd edir.

Eyni zamanda, texnoloji tərəqqi həm də şiddətli qlobal rəqabətin qapısını açıb ki, bunun da böyük təsirləri var. Yaxın vaxtlara qədər kontinental miqyasda yeganə texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyat ABŞ idi.

Ancaq bu gün Çin belə bir gücdür və Hindistan da bu gücə çevrilə bilər. Bu gün “butılka” Avropa yox, dünyadır və ən təhlükəli əqrəblər köhnə imperiyalarla eyni ölçüdədir.

“Avropa İttifaqının (Aİ) əhalisi 450 milyondur, bu Çinin əhalisindən əhəmiyyətli dərəcədə az, lakin ABŞ-dan əhəmiyyətli dərəcədə böyükdür. Alıcılıq qabiliyyəti pariteti baxımından Aİ-nin iqtisadiyyatı ABŞ və Çinin iqtisadiyyatından kiçik olsa da, hər halda yenə də böyük rəqəmdir. Bununla belə, Aİ və Avrozona əmək məhsuldarlığında geri qalır”, - iqtisadçı-ekspert vurğulayır.

Üstəlik, Avropa Amerika çətiri olmadan öz təhlükəsizliyinin təminatı üçün iqtisadi və demoqrafik resurslarını səfərbər etməkdə çətinlik çəkir. Martin Vulfun fikrincə, qitənin fövqəlgücləri dövründə Avropanın parçalanması keçilməz maneəyə çevrilə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vulf   Avropa   əqrəblər  



Xəbər lenti