Polşa prezidenti: “Tusk ən pis baş nazirdir”

      Polşa prezidenti:    “Tusk ən pis baş nazirdir”
  12 Noyabr 2025    Oxunub:759
Donald Tusk 1989-cu ildən bəri ölkənin ən pis baş naziridir.
AzVision.az xəbər verir ki, Polşa prezidenti Karol Navrotski “wPolsce24” telekanalına müsahibəsində belə deyib.

“Mən baş nazirlə dövlətin fəaliyyəti ilə bağlı fundamental məsələlərdə əməkdaşlığı təmsil edirəm, eyni zamanda onu 1989-cu ildən bəri Polşa tarixində ən pis baş nazir sayıram. Düşünmürəm ki, biz fundamental məsələlərdə biz mübahisə etməyəcəyik”, - Polşa prezidenti vurğulayıb.

Xatırladaq ki, ötən həftə Polşanın baş naziri Donald Tusk prezidentin bir neçə kəşfiyyatçısına yüksək rütbələrin verilməsi haqqında fərmanı imzalamaqdan boyun qaçırmasını tənqid edib.

- Bu, Navrotskinin Polşa hökuməti ilə müharibəsində növbəti addımdır. Prezident olmaq üçün seçkilərdə qalib gəlmək kifayət deyil”, - Tusk yazmışdı.

Karol Navrotski, öz növbəsində, “Baş nazir olmaq üçün X şəbəkəsində status yerləşdirmək kifayət deyil” cavabını verərək, Donald Tusku “kəşfiyyat xidmətlərindən siyasi məqsədlər üçün istifadə etməkdə” günahlandırıb.

Sağçı müxalifətin təmsilçisi Navrotski ilə solçu Tusk arasında qarşıdurma avqustun 6-da yeni prezident kimi fəaliyyətə sonra ilk günlərdə başlayıb. Belə ki, artıq avqustun 7-də baş nazir prezidentə və onun təşəbbüslərinə qarşı “amansız” olacağını açıqlayıb.

Həmin vaxt “United Surveys” tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Polşa vətəndaşlarının 61,2%-i prezident və hökumət başçıları arasında yaxşı münasibətlərin mümkün olmadığını proqnozlaşdırıb. Respondentlərin yalnız 21,4%-i əks fikirdə olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Navrotski   Tusk   qarşıdurma  



Xəbər lenti