Paşinyan: "Rusiya taxılından imtina niyyətimiz yoxdur"

      Paşinyan:    "Rusiya taxılından imtina niyyətimiz yoxdur"
  12 Noyabr 2025    Oxunub:895
"Ermənistan Rusiya taxılının ixracını dayandırıb, əvəzində Ukraynadan taxıl almaq fikrində deyil".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə yerli mətbuata müsahibə verərkən dilə gətirib. O, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin bu məsələ ilə əlaqədar müvafiq iddiasına münasibət bildirib. Vurğulayıb ki, belə bir məlumatın yayılması "qəti anlaşılmazlıq"dır.

"Bu, mümkün deyil. İlk dəfə prinsipimi pozub şəxsən oxumadığım xəbərə şərh verir, minlərlə dəfə üzr istəyirəm: tamamilə cəfəngiyatdır", - hökumət başçısı söyləyib.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına əsasən, İrəvan guya "siyasi səbəblərə görə" Rusiyadan taxıl ixracını dayandırmaq, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bahalı Ukrayna taxılını almaq istəyir.
Paşinyan: "Yük axınları yenidən bölüşdürülür"

Məlumat üçün diqqətə çatdıraq ki, hazırda Ermənistan öz taxıl ehtiyacının 90%-ni Rusiyadan alır. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Noyabrın 5-də isə Rusiyadan yollanan taxıl yüklü qatar Azərbaycan və Gürcüstanın ərazilərindən keçməklə Ermənistana çatıb. Bu, 35 ildən bəri Rusiyadan Ermənistana göndərilmiş ilk yük qatarıdır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayının sonunadək Ermənistana bu şəkildə 132 vaqon taxıl çatdırılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Rusiya   taxıl  



Xəbər lenti