Bürhanəddin Duran: "Şəhidlərimizin nəşi Türkiyəyə gətiriləcək"

      Bürhanəddin Duran:    "Şəhidlərimizin nəşi Türkiyəyə gətiriləcək"
  12 Noyabr 2025    Oxunub:697
"Axtarış-xilasetmə və qəza araşdırma qrupları Azərbaycan-Gürcüstan sərhədində təyyarəmizin qəzaya uğraması ilə bağlı işlərini davam etdirir".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran bildirib.

"Əziz şəhidlərimizin cənazələri axtarış-xilasetmə və qəza araşdırma qrupumuzu Gürcüstana aparan A-400M təyyarəsində ölkəmizə gətiriləcək.

Dağıntıların axtarış-xilasetmə işlərinin əvvəlindən bütün resurslarını səfərbər edərək, sürətli reaksiya və dəstəyə görə Gürcüstan hakimiyyətinə təşəkkür edirik.

Məsələ ilə bağlı yenilikləri paylaşmağa davam edəcəyik", - deyə Türkiyə rəsmisi qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti