Deputat kənd kitabxanalarının bağlanmasına etiraz etdi

Deputat kənd kitabxanalarının bağlanmasına etiraz etdi
  12 Noyabr 2025    Oxunub:1848
Bu gün Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi keçirilib.
İclasda çıxış edən Mədəniyyət komitəsinin üzvü Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kənd filiallarının bağlanmaq təhlükəsi ilə bağlı narahatlığını da ifadə edib.

Onun sözlərinə görə, bölgələrdə kitabxanaların fəaliyyətinin zəifləməsi gənclərin kitab oxuma vərdişlərinə mənfi təsir göstərir: “Məktəblilər kitab əldə etmək üçün hər dəfə rayon mərkəzinə gedə bilmir. Kitabxanalar və mədəniyyət evləri gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların zərərli vərdişlərdən uzaq qalması üçün vacib məkandır. Əvvəlcə daha müasir və əlçatan modellər yaradaq, sonra köhnə strukturların bağlanmasını düşünək”.



Teqlər: Milli-Məclis  



Xəbər lenti