Aİ-bərabərsizlik: Varlılar daha da varlanacaq

      Aİ-bərabərsizlik:    Varlılar daha da varlanacaq
  13 Noyabr 2025    Oxunub:912
Süni İntellekt Texnologiyalarının tətbiqi 2040-cı ilə qədər dünyada ticarətin həcminin 40% artmasına gətirib çıxara bilər. Bu da qlobal ÜDM-in 12-13% çoxalması deməkdir. Amma bu “piroq”dan heç də hamıya eyni pay düşməyəcək.
Dünya Ticarət Təşkilatının hesabatında deyilir ki, prosesin mənfi nəticələri də ola bilər: Aİ resurslarının qeyri-bərabər paylanması, eləcə də bir neçə mərkəzdə cəmləşməsi varlı və kasıb ölkələrin arasındakı uçurumu daha da dərinləşdirəcək.

Birinci senariyə görə rəqəmsal texnologiyaların inkişafı nəticəsində kasıb ölkələrin gəlirləri 8%, varlılarınkı isə 14% atracaq. Orta səviyyəli ölkələrdə bu göstərici 11% olacaq.
İkinci senariyə görə, kasıb ölkələr rəqəmsal infrastrukturu sürətlə inkişaf etdirsələr, hər üç qrupda gəlirlər 11-12% artacaq.
Üçüncü senariyə əsasən, əgər kasıb ölkələr infrastrukturu inkişaf etdirməklə yanaşı, Sİ texnologiyalarını da geniş tətbiq etsələr hətta ÜDM-lərinin artımına görə varlı ölkələri qabaqlaya bilərlər: 14%-ə qarşı 15%.

Modelləşdirmənin nəticələri gösərir ki, Sİ infrastrukturunun yaradılması, inkişafı və tətbiqi bütün ölkələrin inklüziv inkişafı üçün həlledici əhəmiyyət daşıyır. Kasıb ölkələr artıq indidən bu sahədə geri qalmağa başlayıblar. Belə davam edərsə, Aİ texnologiyalarının tətbiqi yaxın gələcəkdə dünyada qeyri-bərabərliyi dərinləşdirə bilər.

Samir Quliyev
AzVision.az


Teqlər: Süni-İntellekt  



Xəbər lenti