Könüllü qan verənlərin sayı açıqlanıb

Könüllü qan verənlərin sayı açıqlanıb
  13 Noyabr 2025    Oxunub:865
Bu ilin ilk 9 ayı ərzində Respublika Qan Bankında və onun regional bölmələrində təxminən 100 min nəfər könüllü şəkildə qan verərək donor olub.
Səhiyyə Nazirliyi Respublika Qan Bankından AzVision.az -a verilən məlumata əsasən, ötən ilin eyni dövründə donorların sayı təxminən 93 min nəfər təşkil edib. Qan Bankına və onun 8 regional bölməsinə ötən il ərzində ümumilikdə 126 234 nəfər müraciət edib. Onlardan 124 148 nəfər qan donoru olub.

Hesabat dövründə tibb müəssisələri tərəfindən qan və qan komponentlərinə dair bütün müraciətlər təmin edilib, tələb olunan miqdarda qan və qan komponentlərinin buraxılışı həyata keçirilib.

Son illərdə tibbi xidmətlərin həcminin artması qan və onun komponentlərinə tələbatı da yüksəldib. Qeyd etmək istərdik ki, Səhiyyə Nazirliyinin Media və kommunukasiya şöbəsinin dəstəyi ilə aparılan təbliğat-təşviqat tədbirləri nəticəsində ölkəmizdə qan donorluğuna maraq artmaqdadır.

Respublika Qan Bankı tərəfindən qan ehtiyatlarının qorunması və artırılması məqsədilə mütəmadi qanvermə aksiyaları keçirilir, könüllü donorların iştirakı ilə ehtiyatlar daim yenilənir. Əsas məqsəd ölkə üzrə bütün qan qruplarından olan resipiyentlərin qan və onun komponentləri ilə vaxtında və etibarlı şəkildə təmin edilməsidir.

AzVision.az


Teqlər: SN  



Xəbər lenti