Fransada işsizlik səviyyəsi rekord həddə çatıb

Fransada işsizlik səviyyəsi rekord həddə çatıb
  13 Noyabr 2025    Oxunub:833
Fransada işsizlik səviyyəsi bu ilin üçüncü rübündə 7,6 faizdən 7,7 faizə yüksəlib.
AzVision.az xəbər verir ki, bu barədə "Trading Economics" məlumat yayıb.

Cari səviyyə 2021-ci ilin üçüncü rübündən bəri ən yüksək səviyyəyə çatıb.

İyul-sentyabr aylarında isə ölkədə işsizlərin sayı 44 min nəfər artaraq 2,4 milyon nəfərə çatıb.

Qadınlar arasında işsizlik 0,3 faiz bəndi artaraq 7,7 faiz, kişilər arasında isə 7,7 faiz təşkil edib.

AzVision.az



Teqlər:



Xəbər lenti