Balakənin yeni icra başçısı kollektivə təqdim edilib

Balakənin yeni icra başçısı kollektivə təqdim edilib
  14 Noyabr 2025    Oxunub:1346
Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev kollektivə təqdim olunub.
AzVision.az xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Natiq Ağayev Prezidentin Sərəncamı ilə noyabrın 12-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti