BBC: “Üzr istəyirik, amma pul ödəməyəcəyik”
Tele-radio şirkəti yayımladlığı “Panorama” sənədli filmini təkiz etməyəcəyi, üzr istəməyəcəyi və təzminat ödəməyəcəyi halda, ABŞ prezidentinin vəkilləri məhkəmədə “BBC”-yə qarşı 1 milyard dollarlıq iddia qaldıracaqalrı ilə hədələyiblər.
- “BBC”-nin hüquqşünasları noyabrın 9-da alınan məktuba cavab olaraq prezident Trampın hüquq qrupuna məktub göndəriblər”, - şirkətin sözçüsü deyib.
“BBC”-nin İdarə Heyətinin sədri Samir Şah Ağ Evə ayrıca şəxsi məktub göndərərək prezident Trampa bildirib ki, şəxsən özü və korporasiya Amerika liderinin 6 yanvar 2021-ci il tarixli çıxışının proqramda nümayiş etdirilən redaktəsindən təəssüflənir. O, “BBC”-nin bir daha “Tramp: İkinci Şans?” sənədli filmini yayımlamayacağı vədini verib.
Bundan əvvəl “BBC”-nin baş direktoru Tim Devi və xəbərlər departamentinin rəhbəri Debora Terness Trampın çıxışı ilə bağlı saxtakarlıq qalmaqalı fonunda istefa veriblər. “Daily Mail” nəşri onların istefa qərarlarının “BBC”-də “Panorama” sənədli filminin tənqidindən sonra açıqlandığını bildirib.
Xatırladaq ki, noyabrın 3-də “The Daily Telegraph” qəzetinin yazdığına görə, Trampın çıxışı 2024-cü ilin oktyabrında ABŞ-də prezident seçkiləri öncəsi yayımlanan “Panorama” sənədli filmində guya konqresi zəbt etmək çağırışı kimi redaktə olunub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


